“Azəriqaz”ın baş direktoru vətəndaşlara özü zəng edəcək

“Azəriqaz”ın baş direktoru vətəndaşlara özü zəng edəcək backend

Sosial şəbəkələr üzərindən müraciətlərə xüsusi diqqət ayıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Feysbuk üzərindən ona müraciət edən vətəndaşlarla bundan sonra telefon bağlantısı da quracaq.

“Azəriqaz”dan verilən məlumata görə, bununla da vətəndaşların problemlərinin daha operativ həllinə çalışılacaq. Artıq neçə gündür ki, bu təşəbbüsə start verilib.

Telefon danışığı zamanı baş direktor müvafiq struktur rəhbərlərini də qrup zənginə qoşaraq ünvanlanan müraciətlərin qısa müddət ərzində həllini tapmasına çalışr, müraciətlərin icrasının nə yerdə olması ilə də maraqlanır, bununla da, struktur rəhbərlərini vətəndaş müraciətlərinə məsuliyyətlə yanaşmağa vadar edir.

"Vətəndaşların problemlərinin daha operativ şəkildə həllini tapması üçün vətəndaşlar bundan sonra gün ərzində ayrı-ayrı saatlarda R. Əliyevin zənglərini qəbul edəcək. Belə zənglər zamanı abunəçilər fikirlərini sərbəst səsləndirməkdən çəkinməsinlər", - deyə məlumatda qeyd olunub.