Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri videokonfrans keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri videokonfrans keçirəcək backend

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar iyulun 31-də abituriyentlər üçün videokonfrans keçirəcək.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlanacaq.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şamaxı, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn rejimdə iştirak edə bilərlər.

Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər.

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi, ev 1

Mingəçevir şəhəri: Vəli Hüseynov küçəsi, 4

Lənkəran şəhəri: Heydər Əliyev küçəsi, 1

Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4

Şəki şəhəri : M.Ə.Rəsulzadə küçəsi, 156 A

Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi, 1

Şərur şəhəri: Heydər Əliyev prospekti, 37A

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı, onları maraqlandıran suallar da cavablandırılacaq.
Diaspora