Laçında iki nəfərin cüyür ovlayıb, kef məclisi təşkil etməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Laçında iki nəfərin cüyür ovlayıb, kef məclisi təşkil etməsi ilə bağlı  DİN-dən AÇIQLAMA backend

Sosial şəbəkədə "Ecofront" adlı səhifədə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı görüntülər paylaşılıb.

Qazilər.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vüqar və Aqil adlı şəxslər cüyür ovlayaraq onun ətindən kabab hazırlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məsələ barədə açıqlamasında qeyd edib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanıb.

Xatırladaq ki, cüyür Azərbaycanın "Qırmızı kitab"ına düşdüyü üçün ovlanmasına icazə verilmir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bəzi sosial şəbəkə hesablarında və saytlarda qırmızı kitaba düşən cüyürün ovlanması ilə bağlı videosüjet paylaşılıb:

"Videosüjetdə əks olunanlarla bağlı Laçın Rayon Polis Şöbəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Diaspora