Seysmoloji Xidmət Mərkəzində qaziyə vəzifə verildi - FOTO

Seysmoloji Xidmət Mərkəzində qaziyə vəzifə verildi - FOTO backend

Vətən müharibəsinin iştirakçısı, qazi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Saatlı” seysmik stansiyasında mühəndis vəzifəsində çalışan Haxiyev Sadiq Qabil oğlu mərkəzin müdiri təyin edilib.

Qazilər.az xəbər verir ki, bu barədə Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat yayıb.

Qeyd edək ki, Vətən müharibəsində iştirak edən, baş leytenant Sadiq Haxiyev Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad edilməsi zamanı yanında minaatan mərmisinin partlaması nəticəsində iki gün danışıq və eşitmə qabiliyyətini itirsə də, döyüşlərə davam edərək Şuşanın azad olunması da daxil olmaqla, Vətən müharibəsində şərəfli döyüş yolu keçib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Hərbi rütbəsi artırılıb.

Qeyd edək ki, mərkəzin iki əməkdaşının övladları Vətən müharibəsində şəhid olublar.

Diaspora