"İctimai şuralar qazanc götürmək yox, xeyir vermək üçündür" - Şərh

"İctimai şuralar qazanc götürmək yox, xeyir vermək üçündür" - Şərh backend

Tanınmış hüquqşünas Sahib Məmmədovun fikrincə, "İctimai iştirakçılıq haqqında" qanuna yenidən baxılmalıdır

Son zamanlar mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında İctimai Şuraların formalaşdırılması prosesi sürətlənib. Nazirliklərdə, komitələrdə, rayon icra hakimiyyətlərində seçkilər keçirilir və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət İctimai Şuralar təşkil olunur.

İctimai Şuralar necə yaradılır, onların funksiyaları nədir? Şuralar dövlət orqanlarında ictimai nəzarəti lazımi səviyyədə həyata keçirə bilirmi? Tanınmış hüquqşünas və ictimai xadim, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovla söhbətimizdə bu kimi suallara cavab axtardıq.

S.Məmmədov deyir ki, İctimai Şuralar mərkəzi icra hakimiyyəti orqanları statusunda olan nazirliklər, komitələrin, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin nəzdində yaradılır.  Qanun digər orqanların  nəzdində də belə şuraların yaradılmasını qadağan etmir. Artıq bəzi şirkətlərin, dövlət təssərrüfat subyektlərinin nəzdində də, universitetlərdə də İctimai Şuralar yaradılıb. 

Onun sözlərinə görə, İctimai Şuraların formalaşdırılması 2013-cü ildə qəbul olunub və 2014-cü ildə qüvvəyə minən "İctimai iştirakçılıq haqqında" qanunla tənzimlənir. Qanunun tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinin 171 və 172 saylı qərarları var. İctimai şuralara vətəndaş cəmiyyəti nümayəndələri əsasnaməyə uyğun olaraq seçilir.  Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də bələdiyyələrinin nəzdində tərkibi vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət iki il səlahiyyət müddət olan ictimai şuralar formalaşdırılır: "Beş qrup vətəndaş cəmiyyəti nümayəndələrinin orda iştirakı mümkündür. Niyə beş? Çünki qanunda nəzərdə tutulub ki, beş növ vətəndaş cəmiyyəti qurumu ictimai şuralarda təmsil oluna bilər. Bunlar qeyri-hökumət təşkilatları (QHT), həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri (KİV), bələdiyyələrin məhəllə komitələri və vətəndaşların təşəbbüs qruplarıdır.

İctimai şuranı yaradan dövlət orqanı tərkibi 9 nəfərdən ibarət seçki komissiyası yaradır. Bu 9 nəfərin 5-i vətəndaş cəmiyyətinin, 4-ü isə dövlət orqanının təmsilçisi olur. Daha sonra qanunvericiliyin müəyyən etdiyi vaxt çərçivəsində namizədliklər irəli sürülür. Dövlət orqanının səlahiyyət dairəsindən asılı olaraq ictimai şurada say tərkibi 5-15 nəfər arasında ola bilər.

Daha sonra namizədlərin səs verməsi üçün yenə elan verilir, QHT-lər öz nümayəndələrini göndərir. Gizli səsvermə yolu ilə ictimai şura üzvləri seçilir. İlkin mərhələdə yalnız 50 faizdən yuxarı səs toplayanlar seçilir, ikinci tur olarsa, orada sadə səs çoxluğu ilə qalan üzvlər seçilir. Sonda onlara vəsiqələr verilir, fəaliyyətə başlayırlar və qurum öz reqlamentini qəbul edir və sair".

Hüquqşünas vurğulayıb ki, hər bir vətəndaş cəmiyyəti, qurumu bir şuraya bərabər sayda namizəd irəli sürə bilər:  "Seçki üçün müəyyən vaxt nəzərdə tutulur. Sonra seçki komissiyası seçki haqqında elanı dərc edir ki, bütün vətəndaş cəmiyyəti qurumları bundan xəbər tutsun.  Yeri gəlmişkən bəzi orqanlar bu elanı yalnız öz veb səhifələrində yerləşdirir və nəticədə bundan heç kim xəbər tutmur. Yalnız özlərinə lazım olan təşkilatlara xəbər verir və yarım gizlin şəraitdə bu proses həyata keçirilir. Əslində, bu elan sosial şəbəkələrdə, bütün KİV-də geniş şəkildə verilməlidir. Bəzi dövlər orqanları məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  sözügedən elanı geniş şəkildə yaymışdı".

S.Məmmədovun fikrincə, namizədlər seçildikdən sonra və İctimai Şuranın tərkibi tam formalaşdıqdan sonra müvafiq orqan bu şuranın fəaliyyəti üçün şərait yaratmalıdır. İş otağı verə bilər, avadanlıqlarla təchiz edə bilər və sair. Ancaq heç bir halda müvafiq orqan ictimai şura üzvünün fəaliyyətinə görə ödəniş ödəmir: "İctimai iştirakçılıq haqqında" qanuna əsasən, ictimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai şuralar qazanc götürmək yox, ümumi işə xeyir vermək üçündür. Şuranın əsas mahiyyəti təşkilatların və ya onların üzvlərinin xeyir götürməsi yox, xeyir verməsidir. İndi əksinə vəziyyət yaranıb.  QHT-lər İctimai Şuralarda təmsilçiliyi təşkilatları və özləri üçün bir fayda kimi görürlər. Gülməli məsələlərdir. 15 ilə yaxındır ki, Ədliyyə Nazirliyi yanında ictimai komitədə üzv olmuşam, yalnız öz resurslarımız hesabına xidmət göstərmişik. Əslində, təşkilat ictimai şurada işləyirsə, öz xərcini özü çəkməlidir. Amma bəzi mərkəzi icra hakimiyyəti orqanı var ki, onlar sosial sifarişlər verir və onun ətrafında daha çox ajiotaj yaranır".

İcraiyyə Komitəsinin sədri bildirib ki, dövlət orqanlarının hamısı istəyir ki, onun sıralarından müəyyən sayda tanınmış, həm də töhfə verə bilən üzvlər olsun. Bu baxımdan bəlkə də İctimai Şuralara üzvlər seçilərkən müəyyən tənzimləyici müdaxilələr olur: "Ümumi prosedur qanuna uyğun həyata keçirilir. Amma qruplaşmalar, müəyyən müdaxilələrin olması istisna deyil".

Hüquqşünasın sözlərinə əsasən, "İctimai iştirakçılıq haqqında" qanun qəbul olunanda QHT-lər indiki ilə müqayisədə bəlkə on dəfə daha güclü idi. Onların maliyyə resurslarına çıxış imkanları fərqli idi. Yəni diversifikasiya olunmuş şəkildə maliyyə mənbələrinə çıxışları var idi. Hələ Azərbaycanın vətəndaş cəmiyyəti bu qədər parçalanmamışdı: "Bu gün Azərbaycandakı QHT-lərin böyük hissəsi üçüncü ölkələr vasitəsilə gizlin maliyyələşmə sxeminə keçib. Çirkli pullarla işləyir. Digər hissəsi isə dövlətin ayırdığı qrantlar vasitəsilə fəaliyyət göstərir. Ona görə də bu gün ölkədə şəffaf QHT-lər artıq zəifləyib və demək olar ki, sıradan çıxıblar. Vaxtilə illik büdcəsi milyon yarım olan təşkilatların indi gəliri sıfır səviyyəsindədir. Bəzi təşkilatlar vardı ki, illik büdcəsi 50-60, bəzən isə 100 min olurdu. İndi isə büdcəsi demək olar ki, yoxdur. Belə bir şəraitdə də resurssuz qalan QHT-lər ictimai iştirakçılığı artırır. Özlərinə tərafdarlar toplayaraq İctimai Şuraları ələ keçirirlər. Qanunvericilik nöqteyi-nəzərdən baxanda burada heç bir pozuntu yoxdur. Seçki kampaniyasıdır, özünə tərəfdarlar toplayır, təşviq edir onlar gedib orada seçici kimi qeydiyyatdan keçir və gəlib ona səs verirlər.  Məsələnin formal tərəfinə baxanda heç bir pozuntu yoxdur. Məsələn, bu yaxınlarda Daxili İşlər Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə olan seçkilər buna parlaq misaldır. Seçkilərdə 300-ə yaxın QHT qeydiyyatdan keçmişdi. Aşkar görünürdü ki, burada artıq qruplaşmalar var. Potensialı olmayan təşkilatlar böyük qruplar yaradırlar. Burada o seçkini keçirən orqanın heç bir günahı yoxdur. Bu vəziyyəti QHT-lərin özü yaradır. Belə olan halda da layiq olan, ixtisaslaşmış QHT-lər qalır kənarda, kifayət qədər potensialı olmayan təşkilatlar İctimai Şuralara seçilir və təmsil olunurlar. Məşhur və rəhbəri Azərbaycanda kifayət qədər tanınan QHT-lər tərəfdaşlar toplayıb gizlin sövdələşmələrə getməyi özlərinə sığışdırmırlar. Məşhur təşkilatların nümayəndələri belə oyunlara getməyi özlərinə rəva bilmirlər. Məsələn, mən heç vaxt kiməsə zəng vurub tərəfdar toplamıram, kiminləsə əvvəlcədən sövdələşib "filankəsə səs ver, filankəsə səs vermə" demirəm. Ümumiyyətlə, seçkilərə də özüm getmirəm, uzaqbaşı, nümayəndəmiz iştirak edir, vəssalam. Amma bəzi təşkilatlar var ki, qapının ağzında durub səs toplayırlar, əvvəlcədən zəng edib xahiş edirlər. Ona görə də son vaxtlar bir qrup şəxslər var ki, onlar monopoliya yaradıblar. Aşkar hiss olunur ki, bütün şuraları ələ keçirirlər. Nəticədə də ixtisaslaşmış belə təşkilatlar qalır kənarda. Halbuki İctimai Şuralar həmin dövlət orqanının profilinə uyğun formalaşmalıdır. Məsələn, Səhiyyə Nazirliyi sistemində İctimai Şura yaradılırsa, burada texniki məsələlərlə və ya digər sahələrlə məşğul olan QHT-lər olmamalıdır. Burada səhiyyə sahəsində ixtisaslaşmış QHT-lər olmalıdır. Yəni uyğun profilli təşkilatlar olmalıdır.  Çox təəssüf ki, indi tamamilə bu profildən kənara çıxılıb. Bu da əlbəttə ki, İctimai Şuraların mahiyyətinə ciddi ziyan gətirir. Onların formallaşmasına, işlək olmamasına gətirib çıxarır. Beləliklə də, şuralar nüfuzdan düşür".

S.Məmmədov hesab edir ki, sadalanan problemləri aradan qaldırma üçün ilk növbədə  "İctimai iştirakçılıq haqqında" qanuna yenidən baxılmalıdır: "Bu qanun o dövr üçün uyğun idi. Ancaq indi aktuallığını itirib. İlk növbədə qanun dəyişməlidir. İctimai iştirakçılıqla yanaşı, ictimai nəzarət mexanizmləri yaradılmalıdır.  Amma bundan əvvəl Azərbaycanda ən böyük problem QHT-lərin çökməsidir. Qalanlar gizli maliyyələşmə ilə antiazərbaycan fəaliyyət göstərən təşkilatlardır. Demək olar ki, dövlət platformasında olan, çirkli pullarla işləməyən QHT-lər artıq yoxdur, yalnız adları qalıb. Əgər QHT sektorunun ictimai iştirakçılığı 10 il bundan əvvəlki kimi olsaydı, bu, çox effektiv olardı. Amma indi zəifdir. Əgər, ictimai şuranın üzvü olmağa görə hansısa qurum sənə pul verəcəksə, bu zaman sən ondan asılı olan bir orqana çevriləcəksən. Artıq müstəqillik itir. Amma dövlət QHT-lərə müxtəlif vasitələrlə və şəffaf mexanizmlərlə qrantlar verməlidir. Əgər, xarici maliyyələşmə məhdudlaşdırılıbsa və gizli üsullarla üçüncü ölkələrə keçirilibsə, dövlətdə olan kommersiya qurumları donor şəklində çıxış etməlidir. QHT-lərə vəsait ayrılmalıdır ki, onlar potensialını bərpa edə bilsinlər. Mərkəzi icra orqanlarının bir çoxu ictimai şura üzvlərini kompüter avadanlığı ilə təchiz edir. İctimai şuralara iş otağı, hətta rayona gedəndə avtomobil, yaxud ezamiyyə xərcləri də verilə bilər. Qanunvericilik buna məhdudiyyət qoymur. Onların bilavasitə ictimai şuraları maliyyələşdirməsi düzgün deyil. Amma dövlət daxilində dolayısı ilə QHT-lər, ictimai birliklər və ictimai şuraların subyekti olan təşkilatlar hansısa bir resurslara malik olmalıdır ki, təmənnasız fəaliyyət göstərə bilsinlər".

Diaspora