Baku TV Prezident İlham Əliyev haqqında qısa videoçarx hazırlayıb.
Videoda diqqət çəkən məqam prezidentin 10 il bundan əvvəl “Rossiya 24” kanalına verdiyi müsahibədəki fikirləri olub. Görüntülərdə İlham Əliyevin 10 il bundan əvvəl dediyi arzusu bu gün ilə müqayisə edilib:
“Əlimdə imkan olsa idi, gələcəyə gedərdim...Hətta deyərdim 10 il irəli... Baxardım ki, mənim düşündüyüm alınıb, yoxsa yox və nə qədər alınıb?! Bax bunu böyük məmnuniyyətlə edərdim!”.