Əlilliyi ləğv edilən hərbçilərin sayı AÇIQLANDI

Əlilliyi ləğv edilən hərbçilərin sayı  AÇIQLANDI backend

“Hazırkı dövrədək 840 nəfər hərbi əlilliklə bağlı müayinə olunub”.

“Report” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Onun sözlərinə görə, onlardan 346 nəfərinə əlillik təyinatı aparılıb: “463 nəfərə isə əlillik təyin edilməyib. Bunun da müxtəlif səbəbləri var. O cümlədən, 295 nəfərdə diaqnoz əlillik əlaməti təyin etmək qərarı verilib”.