Nazirliyin qarşısında intihara cəhd edən qazidən XƏBƏR VAR

Nazirliyin qarşısında intihara cəhd edən qazidən  XƏBƏR VAR backend

Xəbər verdiyimiz kimi, 2-ci qrup Qarabağ əlili Səftər Mehdiyev bu gün səhər saatlarında ona veriləcək sığorta pulunun ("qanpulu") ödənilməsi ilə bağlı məhkəmə qərarının icra edilməməsinə etiraz olaraq Ədliyyə Nazirliyinin qarşısında intihara cəhd edib.

Qaziler.az bildirir ki, intiharın qarşısı polis əməkdaşları tərəfindən alınıb. 

Belə ki, qazi üzərinə benizin tökərək yanıdırmaq istəyəndə polislər müdaxilə edib ona mane olublar. Nazirliyin rəsmiləri qazini qəbul edərək şikayətini dinləyiblər. 

Ədliyyə Nazirliyinin əməkdaşları qaziyə məsələnin həll olunacağına və məhkəmə qərarının icra ediləcəyinə söz veriblər.

Qeyd edək ki, 2-ci qrup Qarabağ qazisi 6600 manat sığorta pulu almalıdır.