Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 169 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 958 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 910 624, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 396 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 514 617 təşkil edir.