Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq backend

Sabahdan 217 nömrəli marşrut xətti (“Koroğlu” NMM– “Yanardağ” Məhəmmədi qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu Zabrat qəsəbəsi və Abşeron rayonu Məhəmmədi qəsəbələri üzrə Babək küç., 336, Oktyabr küç., Sadiq Cəfərov küç., 26.Sabunçu qəs., Çingiz Mustafayev küç.,13 Məhəmmədi qəs, ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.