Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov İsmayıllı rayonunun Talıstan kəndində “Su Meyilli” adlı hotel açıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, hotelə Eldar İbrahimovun oğlu Elçin İbrahimov rəhbərlik edir.
Bildirilib ki, deputat sözügedən hotelin tikintisinə 25 milyon manat vəsait xərcləyib.
 
                                                     
                                                     
                                                     
                                                
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
