Xəbəri istinadsız verənlər üçün yeni qanun layihəsi

Xəbəri istinadsız verənlər üçün  yeni qanun layihəsi backend

Azərbaycanda KİV-lərin digər media orqanlarına məxsus informasiyalardan hansı hallarda istifadə edə biləcəyi açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, “Media haqqında” yeni qanun layihəsində qeyd edilib ki, abunəlik və müqavilə olmadıqda media subyekti mütləq digər media subyektinin informasiyasının üçdə birinə (1/3) istinad etməklə istifadə edə bilər.

Bununla da media subyektində yayımlanan eksklüziv, özəl xəbərləri olduğu kimi digər media subyekti öz adından verə bilməz. Mütləq həmin informasiyanın istinad edilməklə üçdə birindən (1/3) istifadə edilməlidir.