Azərbaycanda vaksin vurduranların sayı açıqlandı

Azərbaycanda vaksin vurduranların sayı açıqlandı backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61 922 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 425, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 497 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 855 455, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 371 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 483 659 təşkil edir.