Gənc memarların layihəsi yekunlaşıb

Gənc memarların layihəsi yekunlaşıb backend

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc memarların elmi fəaliyyətinin sənəd-informasiya təminatı” adlı layihəyə yekun vurulub. Layihə ilə əlaqədar çap olunmuş “Azərbaycanda memarlığın kitabxana-informasiya təminatı sistemi” adlı kitabın təqdimatı keçirilib.

QAZİLER.AZ saytı AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirdə layihənin ümumi məqsəd və vəzifələri, onun reallaşdırılması zamanı əldə edilən elmi təcrübə barədə geniş məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində nəşr olunmuş monoqrafiyanın əsas məqsədi memarlığın kitabxana-informasiya təminatının elmi, müqayisəli və tənqidi təhlilindən, memarlıq sahəsində aparılan elmi-tədqiqat işlərindəki rolunu araşdırmaqdan və şərh etməkdən ibarətdir.
Diaspora