Əlaqələndirmə Qərargahının işçi qrupları və jurnalistlərin Suqovuşana və Ağdama səfəri başlayıb - FOTO

Əlaqələndirmə Qərargahının işçi qrupları və jurnalistlərin Suqovuşana və Ağdama səfəri başlayıb - FOTO backend

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının enerji və ekologiya üzrə işçi qruplarının üzvlərinin və media nümayəndələrinin Suqovuşan qəsəbəsinə və Ağdam rayonuna səfəri başlayıb.

Trend xəbər verir ki, səfər iştirakçılarını müşayiət edən Prezident Administrasiyasının şöbə müdirinin müavini Nüsrət Süleymanov bildirib ki, səfər çərçivəsində Suqovuşandakı su anbarı və elektrik stansiyaları ilə tanışlıq nəzərdə tutulur. Bundan sonra isə “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları ilə tanışlıq həyata keçiriləcək, daha sonra isə işçi qruplarının birgə iclası keçiriləcək.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahı Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılıb.