Qənirə Paşayeva şəhid Malik Tağıyev və şəhid Ruslan Quliyevin ailə üzvləri ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid Malik Tağıyev və şəhid Ruslan Quliyevin ailə üzvləri ilə görüşüb -  FOTO backend

MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva şəhid Malik Tağıyev və şəhid Ruslan Quliyevin ailə üzvləri ilə görüşüb.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şirvan şəhərindən olan şəhidimiz Malik Sadiq oğlu Tağıyevin həyat yoldaşı İradə Atayeva və Tovuz rayonunun Dondar Quşçu kənd sakini, şəhid Ruslan Quliyevin həyat yoldaşı İlahə Quliyeva ilə görüşüb. Şəhidlərimizin döyüş və həyat yolu ilə maraqlanan komitə sədri ailələrin qayğıları ilə yaxından maraqlanıb. 

Ölkəmizin Vətən Müharibəsində qazandığı parlaq qələbənin şəhidlərimizin ruhunu şad etdiyini bildirən Q.Paşayeva, bu qələbənin sevincinin, fərəh və qürurunun ilk növbədə şəhid ailələrinə aid olduğunu vurğulayıb. 

Komitə sədri ali dövlət rəhbərliyinin şəhid ailələrinə, yaralı qazilərə yüksək diqqətinin hər bir məmur, millət vəkili üçün örnək təskil etdiyini bildirib.

Komitə sədri şəhidlərin ailə üzvlərinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.