Yaxşı xatırlayıram, ikinci Qarabağ savaşı yeni bitmişdi. Dünyada baş verən uzunillik və qısa müddətli savaşların analizini aparıb yazmışdım ki, Azərbaycanda bir müddət sonra qazilər arasında özünəqəsd hadisələri başlayacaq. Bunun qarşısını o faciələr başlamadan almaq gərəkdir. Əks halda növbəti dalğa olacaq. Bu özünü hər şeydən təcrid etmək üçün, gördüklərini ağlından silmək üçün narkotiklərdir. Növbəti mərhələ cinayətlər olacaq. Faciə, qan görən, psixoloji durumu yerində olmayan döyüşçülər sırasında affekt vəziyyətə düşüb, cinayət törədənləri görəcəyik. Indi, prosesin intihar mərhələsindəyik. Bu yazdığıma görə, ayıb olsun, utanmırsan, qaziyə narkoman və cani deyirsən kimi absurdlarla üzləşdim. Insanlar bəzən sevgidən real durumu özlərinə belə etiraf etməkdən qorxur. Müəllif olaraq belə ittihamlarla tez-tez raslaşdığım üçün, susmaq kimi mədəni bir keyfiyyət tərbiyyə eləmişəm özümdə. Zaman məni haqlı çıxaracaqdı çünki. Özü də arzulamadığım bir məsələdə, indilik intiharlarında...
...Iyulun 4-ü, 2021-ci ildə, Cəlilabadda, ikinci Qarabağ müharibəsi qazisi, Bəhram Abbaslı intihar edib.
***
Qazi şəhid yarısıdır. O da müqəddəs sayılır. Ancaq bu gün baş verən ehtinasızlıq və diqqətsizlik dini inanclarımıza görə qaziləri ölümə aparır. Onlar intihar edir. 44 günlük savaşdan sonra qazi intirahı bu templə gedirsə ciddi sulallar və bir məsələ çıxır ortaya... Məsələ o ki, qazilərin psixoloji durumu nəzarət altına alınmalıdır. Bunu sosial problemə çevirmək olmaz. Gələk suallara.
1. Çox maraqlıdır, qazi intihar edirsə, statusu nə olacaq, şəhidmi? Çünki qazi müharibəyə qədərki həyatında intiharı ağıl etmirdi axı. Məntiqlə psixoloji durumuna görə şəhiddir, amma cismani sağlığı bunun əksini deyir...
2. Kimsə maraqlanırmı, dövlətin qazilərin müalicəsi, ələlxüsusu psixoloji müalicəsi üçün ayrılan vəsaitin aqibəti necə olub? Ümumiyyətlə belə bir vəsait ayrılıbmı?..
3.Ölkədə qazilərin psixoloji müalicə gördüyü klinikalar, mərkəzlər barədə məlumatlar harada toplanır və bununla bağlı niyə vaxtaşırı geniş rəsmi açıqlamalar verilmir?
Bu sualın cavabı ölkədə, dövlətlə ordu arasında uçurum yaradanlarda, Necməddin Sadıkovun evinə dövlət maşınında girib-çıxanlarda, medalyeyənlərdə, qazini xəstəxanadan natamam müalicə ilə çıxaranlarda, qazinin əlillik dərəcəsini yubadanlarda, sosial problemləri ilə maraqlanmayanlarda mütləq var. Qalır o ki, bunun üzərinə gedən dövlət qurumları olsun. Özü də o qurumlar başı qoyub da ayağı yaxalayıb, göz boyamaq vərdişini də tərgitsin lütfən. Çünki insanları baş ayaq etsəlır də, onlar baş və ayağın yerini də funksiyalarını da, əməllərini də yaxşı çeşidlıyə bilir. Indi də növbəti sual yaranır, görəsən olacaqmı?
Jalə Mütəllimova