Bir neçə gündür ki, sosial şəbəkədə təşkilatçı Ləman Mirtalıblının təşkil etdiyi “Xarıbülbül” mükafatlanmdırılması müzakirə mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, təşkilatçının müştərilərə mükafat qarşılığı pul təklif etməsi haqda görüntülər paylaşılıb. Belə ki, bu gün keçirilməsi planlaşdırılan gecədə veriləcək mükafatların 1000 manata satıldığı bildirilib.
Bundan əlavə, mükafatın adının “Xarıbülbül” olması da tənqid edilib. Belə ki, Şuşaya, Vətən müharibəsinə aidiyyatı olmayan müxtəlif peşə sahiblərinə sözügedən mükafatın verilməsi, hətta pulla satılması sərt şəkildə tənqid edilib. İzləyicilər bildirib ki, təşkilatçı milli-mənəvi dəyərlərə qiymət vermir və mükafata “Xarıbülbül” qoyulmasına icazə verilməməlidir.
Tənqidlərdən sonra müğənni İlhamə Qasımova da başqa mükafatlandırma mərasimini ifşa edib. O, ad çəkməsə də, bildirib ki, mükafat qarşılığı ondan 400 manat istəyirblər:
"Belə bir mesaj gördüm: "Award" keçiriləcək, iştirak etmək istəyirəmsə, 400 manat ödəməliyəm. Çox ekzklüzivsiniz. Həqiqətən də analoqunuz və ataloqunuz yoxdur. Mesaj köhnəlmişdi deyə, cavab göndərə bilmirəm. Heyf "award" almaq şansını itirdim".