Sumqayıtda FACİƏ: tanışlarını xilas etmək istədi, özü də boğuldu

Sumqayıtda FACİƏ: tanışlarını xilas etmək istədi, özü də boğuldu backend

Hadisə barədə Daxili İşlər Nazirliyi məlumat yayıb


Sumqayıtda 2 nəfər dənizdə boğulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 29-də Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanın və bacısı Gülbənizin boğulmasını gördüyündən onları xilas etməyə cəhd göstərib.

Nəticədə N.Musayeva və Q.Muradov boğulub, xilas edilən Gülbəniz isə xəstəxanaya yerləşdirilib.
Diaspora