Bakıdan İrəvana uçan erməni hərbçiləri - SİYAHI

Bakıdan İrəvana uçan erməni hərbçiləri -  SİYAHI backend

Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni məhbusun adları məlum olub.

Qazilər.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, həmin erməni hərbçilərinin olduğu təyyarə Bakıdan İrəvana uçub.

Həmin erməni hərbçilərin adlarını təqdim edirik:

1.Akopyan Volodya Qagikoviç

2.Asatryan Gevorq Norayroviç

3.Qasparyan Qor Vaqramoviç

4.Yenqoyan Sisak Qrişayeviç

5.Karapetyan Yuri Tiqranoviç

6.Maxtesyan Edqar Vaçaqanoviç

7.Minasyan Aram Qarnikoviç

8.Minasyan Mkrtıç Simonovi

9.Petrosyan Albert Kamoyeviç

10.Poqosyan Armen Yeqizaroviç

11.Sedrakyan Romik Misakoviç

12.Sefilyan Kamo Karenoviç

13.Aslanyan Egişe Ohannesoviç

14.Gevorkyan Robert Ovikoviç

15.Manukyan Andranik Tiqranoviç

Məlumata görə, onları Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.

15 erməni hərbçidən ibarət əvvəlki qrup iyunun 12-də Ermənistana qayıdıb. Erməni hərbçilərinin təhvil verilməsi Azərbaycan-Gürcüstan sərhədində olub. Onda Ağdamın mina xəritələri Azərbaycan tərəfinə təqdim edilmişdi.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Modern.az