“Erkin Rəhimov, ölkədə baş pediatr oldunuz. Təbrik edirəm! Ümid edirəm ki, keçmiş baş pediatr Nəsib doktorun yolu ilə getməzsiniz”.
Qazilər.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə feysbuk səhifəsində qeyd edib.
A,İsmayılzadənin sözlərinə görə, Nəsib Quliyevin rəhbərliyi zamanında xəstəxanada süni qida əlindən tərpənmək olmayıb:
“"Ana südü vacibdi" deyib rəhbərlik etdiyi xəstəxanada süni qida əlindən tərpənmək olmurdu. Siz də məni qaldırdığım məsələyə görə iki il əvvəl "reytinq xətrinə populist çıxış edən" adlandırmışdınız. Siz bununla doğru olmayanı demişdiniz. Mən isə doğru olanı... Özünüz də əla bilirsiniz ki, əksər doğum evlərində pul qarşılığında körpələrin ana südü haqqı satılır”.
Xanım pediatr ümidvar olduğunu bildirib ki, yeni rəhbərlik bu məsələyə şəffaflıqla yanaşacaq:
“Ümid edirəm ki, bu yolda olan neonatoloq dostlarınızın xətrini əziz tutmayacaqsınız. Bir pediatr olaraq bu məsələnin vacibliyini bilirsiz və baş pediatr olaraq bu qanun pozuntusu tərkibli səhiyyə məsələsinin bizim qədər əziyyət çəkmədən müvafiq müstəvilərdə həllinə nail ola bilərsiniz. Əlbəttə istəsəniz...
Bu arada qeyd edim ki, son vaxtlar klinikanızdan daha çox ana südü təbliği mesajları gəlir. Bunu sizə xoş olsun deyə demirəm. Nə deyirlər, onu da paylaşıram”.
Bizim.Media.az
