Jurnalistlərə veriləcək yeni vəsiqələrin üstünlükləri açıqlandı

Jurnalistlərə veriləcək yeni vəsiqələrin üstünlükləri açıqlandı backend

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə veriləcək jurnalist vəsiqəsinin üstünlüyündən danışıb.

Qazilər.az bildirir ki, bu barədə "Report"a açıqlama verən Ə.İsmayılov bildirib ki, jurnalist ona veriləcək vəsiqə ilə bir çox üstünlüklərə sahib olacaq:

"Həmin vəsiqənin gələcəkdə jurnalistlərlə bağlı hər hansı dövlət layihələrinin həyata keçirilməsində və onların motivasiya olunmasında üstünlükləri olacaq. Həmin jurnalist vəsiqəsinin sahibi bu imtiyazlardan istifadə etmək hüququna malik olacaq".

Qeyd edək ki, Ə.İsmayılov jurnalistlər tərəfindən vəsiqənin alınmasının könüllü olacağı və həmin vəsiqənin alınması üçün tələblərin müəyyən olunacağını da bildirib.