"Qəzet və saytlara ayrılan maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsinə tərəfimizdən nəzarət olunacaq".
Qazilər.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib.
O bildirib ki, 6 ay ərzində maliyyənin xərclənməsinə nəzarət üçün monitorinqlər həyata keçiriləcək.
Ə.İsmayılov qeyd edib ki, maliyyə redaksiyaların, jurnalistlərin vəziyyətinin yaxşılaşdırılması üçün ayrılır.
“Monitorinqlər nəticəsində redaksiyaların maliyyə vəsaitini təyinatı üzrə xərcləmədiyi aşkarlanarsa, o zaman həmin mətbu orqana maliyyə dəstəyi dayandırılacaq”, - deyə Ə.İsmayılov əlavə edib.