Azərbaycan-Türkiyə birgə təlimlərində təlim-döyüş tapşırıqları uğurla icra edilir - FOTO - VİDEO

Azərbaycan-Türkiyə birgə təlimlərində təlim-döyüş tapşırıqları uğurla icra edilir -  FOTO - VİDEO backend

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk-2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər zamanı 1-ci eşelon bölmələrin həmlə həddinə çıxması, şərti düşmənin mina sahələrində keçidlərin açılması və həmin sahələrdən keçməsi, şəxsi heyətin texnikalardan piyadalanması və həmləyə keçməsi fəaliyyəti də icra olunub.