Qurban bayramına görə 4 gün iş olmayacaq - QƏRAR

Qurban bayramına görə 4 gün iş olmayacaq -  QƏRAR backend

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Qazilər.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

Beləliklə, 4 gün 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul ardıcıl qeyri iş günləri olacaq.