Qazilər işlə təmin olunur: SOCAR-a məxsus obyektləri mühafizə edəcəklər - FOTO

Qazilər işlə təmin olunur: SOCAR-a məxsus obyektləri mühafizə edəcəklər -  FOTO backend

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na “Security Operation Services” (“SOS”) mühafizə şirkəti də qoşulub.

Şirkət mühafizəçi sahəsi üzrə vakansiyaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edib. 

İşsiz olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz yaşadıqları ərazi üzrə yerli məşğulluq mərkəzlərinə müraciət etməklə iş yerləri ilə təmin olunmaları üçün göndəriş əldə edə bilərlər. 

Qeyd edək ki, SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin, mədən ərazilərinin və neft kəmərlərinin qorunmasını həyata keçirən “SOS” şirkətində indiyə kimi ümumilikdə 67 şəhid ailəsi, qazi və müharibə iştirakçısı işlə təmin edilib. 

Diaspora