Sabahdan bu şəxslər cərimələnə bilər

Sabahdan bu şəxslər cərimələnə bilər backend

“İyulun 1-dən qadağan olunan birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl, bıçaq, boşqab və digər məhsullar satışa çıxarılarsa, həmin şəxslər məsuliyyətə cəlb olunacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Elməddin Quliyev deyib. 

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, bu cür mallar satılarsa, onlar müsadirə edilməklə yanaşı, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər 3000 manatda 4000 manata qədər cərimə ediləcəklər:

“Birdəfəlik istifadə üçün nəzərdə tutulan çəngəl, bıçaq, qaşıq, boşqablar plastik məhsullardan hazırlandıqda qadağan olunur. Digər alternativ məhsullardan hazırlanan məhsullar ölkəyə idxal oluna və satışa çıxarıla bilər”, - deyə o əlavə edib.