Qənirə Paşayeva dövlət qurumlarını vətəndaşların müraciətlərinə həssas yanaşmağa çağırıb

Qənirə Paşayeva dövlət qurumlarını vətəndaşların müraciətlərinə həssas yanaşmağa çağırıb backend

MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir sıra qurumları vətəndaşların müraciətlərinə daha həssas yanaşmağa çağırıb.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin 25 iyun tarixli iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. Millət vəkili Qənirə Paşayeva parlamentdə təmsil etdiyi Tovuz rayonunun bir sıra kəndlərində hələ də qazlaşma ilə bağlı problemlərin qaldığını bildirərək müvafiq qurumlara çağırış edib. Tovuz rayonunun bir sıra kəndlərində ciddi su probleminin olduğunu deyən millət vəkili Q.Paşayeva İbrahimhacılı kəndi də daxil olmaqla bəzi kəndlərin çox  ağır su problemindən əziyyət çəkdiyini vurğulayaraq bu sahə ilə bağlı qurumlara çağırış edin. Millət vəkili bəzi qurumların bu məsələlərlə bağlı yanaşmalarını tənqid edərək vətəndaşların bu istiqamətdə müraciətlərinə daha həssaslıqla yanaşılmasına çağırıb. 

Millət vəkili Qənirə Paşayevanın qaldırdığı məsələləri bu linkdən izləyə bilərsiniz:

Diaspora