Azərbaycanda 99 yaşında işləyən şəxslər var

Azərbaycanda 99 yaşında işləyən şəxslər var backend
Azərbaycanda e-sistemdə adına əmək müqaviləsi bildirişi olan ən yaşlı şəxsin 99 yaşı var.

Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" Alt sistemində hazırda yaşı 80-dən yuxarı olan şəxslərə aid 1260 əmək müqaviləsi bildirilişi mövcuddur.

A. Osmanqızı qeyd edib ki, adına bildiriş olan şəxslərin 78 faizi kişi, 22 faizi qadındır. (azvision.az)