Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 608 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 317, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 349 035, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 139 001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 210 034 təşkil edir.