Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Qaziler.az-ın xəbərinə görə, bununla bağlı təbriki hərbi qurum özünün “Twitter” hesabından paylaşıb.
Təbrikdə deyilir: “Azərbaycan türkü qardaşlarımızın rahatlıq və təhlükəsizliyi üçün qəhrəman və fədakar şəkildə xidmət edən, Vahid Vətən Əməliyyatı ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək bizləri sevindirən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin bu xüsusi gününü təbrik edir və hörmətlə salamlayırıq”.