Deputat Qənirə Paşayeva Milli Məclisdəki çıxışında qardaş Türkiyənin Prezidentinin Şuşa səfəri, Azərbaycan Prezidenti ilə görüşü, Müttəfiqlik Bəyannaməsi imzalamasından bəhs etdikdən sonra vacib bir çağırış etdi.
Deputat bildirdi ki, Türkiyədən Azərbaycana gəlmək istəyən minlərlə qardaşımız vaxtaşırı onları narahat edən məsələni qaldırırlar. “Biz Türkiyəyə uçuşlarla bağlı hər gün çoxlu sayda müraciətlər alırıq. Yazırlar ki, biz Türkiyədən dünya ölkələrinə aşağı qiymətlə uçuruq. Azərbaycana biletlərin qiyməti niyə bu qədər bahadır? Azərbaycandan da insanlarımız Türkiyəyə yalnız turist səfərləri etmirlər, təhsil almağa, müalicə olunmağa gedənlərimiz var. Biz xahiş edirik, bu qiymətlərə baxılsın! Bu qiymətlər sadəcə turizm üçün önəmli deyil. Ona görə də mən buradan AZAL-a və müvafiq qurumlara çağırış edirəm, bu qiymətlərə baxılsın və bu çağırışlar nəzərə alınsın”.
Musavat.com