Prezident onlara general rütbəsi verdi – SƏRƏNCAM

Prezident onlara general rütbəsi verdi –  SƏRƏNCAM backend

Azərbaycan Prezidenti İlham Əliyev Rafiq Ramazanova “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Qazilər.az sərəncamın mətnini təqdim edir:

Polkovnik Rafiq Sultan oğlu Ramazanova “general-mayor” ali hərbi rütbəsi verilsin.

*****

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fazil Ağalarova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

General-mayor Fazil Köçəri oğlu Ağalarova “general-leytenant” ali hərbi rütbəsi verilsin.