“BakuBus”da problem: Sağlamlıq imkanları məhdud sərnişinin həyatı təhlükəyə atıldı FOTO - VİDEO

“BakuBus”da problem: Sağlamlıq imkanları məhdud sərnişinin həyatı təhlükəyə atıldı  FOTO - VİDEO backend

Bakıda ictimai nəqliyyatda problemlər bitib-tükənmək bilmir.

Problemlərdən biri də fiziki məhdudiyyətli insanların ictimai nəqliyyatdan sərbəst istifadə edə bilməmələridir.

Belə hadisə bu gün “M3” nömrəli ekspress xətti ilə işləyən “BakuBus” avtobusunda baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, “BakuBus” avtobusuna əlil arabası ilə daxil olan sərnişin təhlükəsizlik tədbirləri üçün nəzərdə tutulan kəməri bağlaya bilməyib.

Sonra sərnişinlər sağlamlıq imkanları məhdud sərnişinə kömək etməyə cəhd ediblər. Ancaq bunun da bir xeyri olmayıb. Sonda sürücü sükan arxasında düşərək problemi həll etməyə çalışıb. Lakin bu cəhd də nəticəsiz qalıb. Ən sonda isə vəziyyətdən çıxış yolu kimi təhlükəsizlik kəmərini tutacağa bağlamaqda görüblər. Fiziki məhdudiyyətli sərnişin mənzil başına bu şəkildə çatmalı olub.   

Xatırladaq ki, avtobusun orta qapıyla tam üzbəüz girəcəyində əlil arabasında olan fiziki məhdudiyyətli şəxslərin araba ilə dayanmaları üçün oturacaqsız məkan hazırlanıb.

Bu zaman əlil arabası paneldə göstərilən qaydada yerləşdirilir və kəmər vasitəsilə sərnişinin təhlükəsizliyi üçün müvafiq şəkildə avtobusdakı sütuna bərkidilməlidir. 

Qeyd edək ki, “M3” xətti üzrə işləyən ekspress avtobuslarında müəyyən texniki problemlər yaşanır. Bu avtobus xətti “28 may” metrosu ilə “Koroğlu” metrostansiyası istiqamətində işləyir.

Diaspora