Novxanıda yol polisi rüşvət alıb? - DİN-dən rəsmi AÇIQLAMA

Novxanıda yol polisi rüşvət alıb? -  DİN-dən rəsmi AÇIQLAMA backend

Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşının rüşvət alması barədə görüntülər yayılıb.

Videogörüntüdə sürücüyə adının Nazim olduğunu deyən yol polisi onu saxlayır. Daha sonra isə gülərək, mehribancasına sağollaşıb yola salır. İddia edilir ki, yol polisi sürücüdən rüşvət alıb.

Videonun Novxanı ərazisində lentə alındığı qeyd edilir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin məsələ ilə bağlı xidməti yoxlama aparılır.

“Araşdırmanın nəticəsindən aslı olaraq hüquqi qiymət veriləcək”, - N.Piriyev açıqlamasında qeyd edib.