Fevralın 11-də dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşüb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu, ABŞ-da xammalın kommersiya ehtiyatları üzrə məlumatların nəşri ərəfəsində baş verib.
Məlumata əsasən, 1 barel "Brent" markalı neftin mart fyuçers qiyməti 3,9 faiz azalaraq 54,67 dollara düşüb. 1 barel WTI markalı yüngün neftin qiyməti isə 3,2 faiz azalaraq 48,91 dollar təşkil edib.Markalar fevralın 5-dən müvafiq olaraq 55 və 50 dollarlıq psixoloji həddən aşağı düşüb.