Şahbaz Xuduoğlunun həyat yoldaşının meyiti Bakıya gətirildi

Şahbaz Xuduoğlunun həyat yoldaşının meyiti Bakıya gətirildi backend

Bu gün yol qəzasında dünyasını dəyişən “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı və "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının bacısı Könül Rüstəmxanlının meyiti artıq Bakıya, Sultanəli məscidinə gətirilib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, məscidin qarşısına “Qanun” nəşrlər evinin əməkdaşları, Şahbaz Xuduoğlunun qohumları, dostları, jurnalistlər toplaşıblar.
Şahbaz Xuduoğlu avtomobilin 200 metr məsafədən dərəyə yuvarlanaraq çaya düşdüyünü bildirib. O bu faciədən oğlunun hələ xəbərinin olmadığını, Türkiyədə oxuyan qızına isə Bakıya qayıtmaq üçün bilet alındığını deyib.
Mərhumun cənazəsi yuyulduqdan sonra yaşadığı evə aparılacaq.
Diaspora