Qazi adından istifadə edildiyi deyilən şəxsdən açıqlama: “Daşaltıda yaralanmışam”

Qazi adından istifadə edildiyi deyilən şəxsdən açıqlama: “Daşaltıda yaralanmışam” backend

Son günlər sosial şəbəkələrdə və xəbər saytlarında qazi adından istifadə edilməsi ilə gündəmə gələn Elvin Zeynalov açıqlama verib.

E.Zeynalov Oxu.Az-a bildirib ki, onun haqqında saxta Qarabağ qazisi olması barədə səsləndirilən fikirlər həqiqəti əks etdirmir:

“Vətən müharibəsi başlayan zaman 2020-ci ilin oktyabrın 5-də könüllü olaraq döyüşlərə qatılmışam. Mən tank komandiri, manga komandiri olmuşam, Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində döyüşlərdə olmuşam”.

E.Zeynalov qeyd edib ki, Daşaltı istiqamətlərində yaralanıb:

“Nəticədə kəllə-beyin travması almışam. Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında da müalicə almışam. Məndə Hərbi Həkim Komisiyyasının qərarı var ki, Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşlərdə travma almışam”.

O döyüşlərdə iştirak etməsi barədə sənədləri təqdim edib.

Qarabağda döyüşdüyünü deyən şəxs neft ərazisini zəbt edib? - VİDEO

 

Diaspora