Bu gün Xural TV-nin canlı yayına başlamasından 2 il ötür.
Qazilər.az xəbər verir ki, kanalın rəhbəri jurnalist Əvəz Zeynallıdır.
"YouTube" üzərindən fəaliyyət göstərən kanalın ilk videosu 2015-ci ilin 3 aprel tarixində yerləşdirilib. "Xural TV" canlı yayıma isə 2019-cu ilin iyunun 18-də çıxıb.
Hazırda “Xural TV” adlı "Youtube" kanalının 93 mindən çox izləyicisi və minə yaxın verilişi var.
Qazilər.az sevincinizə qoşulur, kanalın bütün əməkdaşlarına yaradıcılıq fəaliyyətində uğurlar arzulayır. Təbrik edirik!