Sabah Azərbaycandakı iranlılar harada səs verəcək?

Sabah Azərbaycandakı  iranlılar harada səs verəcək? backend

“Azərbaycan Respublikasındakı İran vətəndaşları məktəb binası və konsulluqda səs verəcəklər”.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının səfiri Seyid Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Azərbaycan paytaxtındakı İran məktəbində və Naxçıvandakı konsulluq binasında yerləşən seçki məntəqələrində bütün lazımi işlər tamamlanıb.

Səfir deyib: “Bu seçki məntəqələrinə seçicilər üstünlük verdikləri namizədinə səs verə bilərlər. Məntəqlərdə COVID-19-la bağlı zəruri sanitar-gigienik tədbirlər görülüb”.

Xatırladaq ki, İranda 13-cü prezident seçkiləri sabah (18 iyun) keçiriləcək.