Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ağdamda Ermənistana məxsus pilotsuz uçan aparat məhv edilib.
QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.