Türkiyə səfiri Azərbaycanı təbrik edib

Türkiyə səfiri Azərbaycanı təbrik edib backend

Türkiyənin Azərbaycandakı Fövqalədə və Səlahiyyətli Səfiri Cahit Bağçı özünün tvitterdəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

Qazilər.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmaqla qardaş Azərbaycanımızın suverenliyini xilas etdiyi bu özəl gün münasibətilə hər birinizi təbrik edir, can Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirəm".