Paşinyandan mina xəritələri ilə bağlı etiraf

Paşinyandan mina xəritələri ilə bağlı  etiraf backend

"Azərbaycana Ermənistanın əlində olan mina xəritələrinin hamısını deyil, bir hissəsini vermişik".  

Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Minalanmış ərazilərin xəritələrini təqdim etdik, lakin bu əlimizdə olan xəritələrin kiçik bir hissəsidir. Mövcud olmadığın deyə bilmərəm, ancaq az bir hissəsi idi", - deyə o bildirib.

Paşinyan bu açıqlaması ilə Ermənistanın Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində basdırdığı minaların xətirəsinə sahib olduğunu etiraf edib. O, eyni zamanda İrəvanın bundan əvvəl mina xəritələrinin olmaması barədə yalanlarını da ifşa edib.

Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.(azvision.az)