Qarabağ qazisi Orucov Natiq vəfat edib.
Qazilər.az xəbər verir ki, bu barədə məlumat onun yaxınları tərəfindən verilib.
Qarabağ qazisi Orucov Natiq 9 mart 1968-ci ildə Bərdənin Şatırlı kəndində anadan olub. O, 1993-cü ildə Ağdərənin Qlobus adlanan yerdə gedən döyüşlərdə atılan zəhərli mərmidən yaralanıb.
Qazi bədəninə batan zəhərli iynələrin çıxarılmasına baxmayaraq, uzun müddət onların təsirindən əziyyət çəkirmiş. Dəfələrlə müalicə alsa da, bədəni xərçəng xəstəliyinə tutulub. Orucov Natiq Rusiyada vəfat edib.
“Qarabağ qaziləri” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun, QAZİLER.AZ saytının kollektivi Qarabağ qazisi Natiq Orucovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir!
Allah rəhmət eləsin!

