Qənirə Paşayeva XTQ-nin şəhid əsgərinin anası ilə görüşdü

Qənirə Paşayeva XTQ-nin şəhid əsgərinin anası ilə görüşdü backend

MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, şəhid Xəyal Əliyulla oğlu Həsənovun anası Zərnişan Həsənova ilə Milli Məclisdə görüşüb.

Qazilər.az xəbər verir ki, şəhid əsgərin qəhrəmanlıqlarla dolu döyüş yolu ilə bağlı fikirlərini bölüşən Q.Paşayeva onun həm də Milli Kulinariya Assosasiyasının üzvü kimi həmişə öz işinə sevgi və peşəkarlıqla yanaşdığını minnətdarlıqla qeyd edib.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş oğlunuz “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəyal kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili bildirib.

Görüşdə Azərbaycan Milli Kulinariya Assosasiyasının rəhbəri və Milli Kulinariya Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov da iştirak edib.

Diaspora