Məscidlərdə daha bir məhdudiyyət aradan götürüldü - RƏSMİ

Məscidlərdə daha bir məhdudiyyət aradan götürüldü -  RƏSMİ backend

“Nazirlər Kabineti yanında operativ qərargahın ibadət evləri üçün nəzərdə tutulan qərarlarında yumşalma olub”.

Qazilər.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, operativ qərargahla məsləhətləşmələr aparılıb və uşaqlarla bağlı 14 yaş məhdudiyyəti aradan götürülüb:

“İnşallah ölkədə koronavirusa yoluxma sayında müsbət dinamika davam etdikcə, digər məhdudiyyətlər də tədricən götürülər”.

Qeyd edək ki, bundan əvvəl ibadət yerlərinə yaşı 14-dən yuxarı olmayan uşaqların gəlməsinə yol verilmirdi.

Xatırladaq ki, bu gündən etibarən dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli qərarına uyğun olaraq, dini ibadət yerlərində eyni vaxtda 50 nəfərdən çox olmamaq şərtilə ibadətlər təşkil edilməlidir.