Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.
Bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarında dəyişiklik edilməsi ilə bağlı imzaladığı qərarında qeyd edilib.