Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xızı rayonunun Dizəvər yaylağındakı yanğınla bağlı növbəti məlumatı yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb.
Yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür.Qeyd edək ki, hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.