"Heç kəsə "saxta əlil" deməyə tələsməyin!" - Rey Kərimoğlu

"Heç kəsə "saxta əlil" deməyə tələsməyin!" -  Rey Kərimoğlu backend

"Əlillik dərəcəsi verilməsinə səbəb olan xəstəliklərin bir hissəsini Nazirlər Kabineti və Milli Məclis xəlvətcə, heç vətəndaşın ruhu da incimədən siyahıdan çıxarıb. Bu gün yaşanan problemlərin əsas səbəbi budur".

Qazilər.az xəbər verir ki, bu fikirləri Qarabağ qazisi, "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu feysbuk səhifəsində paylaşıb. 

"Heç kəsə "saxta əlil" deməyə tələsməyin. 20 ildir adam əlillik dərəcəsi verilməsinə səbəb olan xəstəliyə görə əlillik dərəcəsi alıb və buna görə də dövlətdən tam qanuni pensiya alıb. 2016-cı ildən Nazirlər Kabinetinin və 2015-ci ildə Milli Məclisdə qəbul edilmiş qərarlarla əlilliyə səbəb olan xəstəliklərin bir qismi siyahıdan çıxarılıb. İndi əlillik dərəcəsi müddəti bitən insanların pensiyasını kəsirlər ki, daha bu xəstəliyə görə əlillik dərəcəsi düşmür. Anlata bildimmi?! Dirəniş göstərib təkrar komissiyaya gələnlərə isə ay "sağalmısan" gah da "saxtasan" deyirlər. Adam 5 il əvvəl komissiyadan keçəndə bu xəstəliyə əlillik dərəcəsi düşürdü, indi isə düşmür! Başa düşdünüzmü?!

Dərhal dayandırılmalıdı bu komediya və  bərpa edilməlidir əvvəlki xəstəliklərin siyahısı! Əcəb işdir ey, vallah, ölkədə vəziyyət yaxşılaşdıqca, kasıb-kusubdan kəsmə, qənaət əməliyyatları başlayır. Olmaz!

Mən demirəm ki, bütün əlillik qrupu tam ədalətli və doğrudur. Bəli, müxtəlif yollarla sağlam ola-ola əlillik dərəcəsi düzəldən adamlar var və az da deyil".

Diaspora