Düşmənin mina xəritələri üçün şərti: blef, yoxsa gerçək...

Düşmənin mina xəritələri üçün şərti: blef, yoxsa gerçək... backend

“Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik” deyən polkovniki Azərbaycan rəsmi axtarışa verəcəkmi?

Ermənistan Qarabağda basdırılmış minaların xəritəsini vermək üçün Azərbaycana şərt irəli sürüb. Ermənistan KİV-ləri xəbər verir ki, polkovnik Koryun Qumaşyan televiziya vasitəsilə çıxışı zamanı xəritələri yalnız erməni diversantların qaytarılması qarşılığında verə biləcəklərini deyib. "Mina xəritələrini verməyə hazırıq. Amma bunun üçün bircə şərtimiz var: bütün əsirlərimiz azad olunmalıdır. Biz həmin əraziləri ağılla minalamışıq. Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik. Əgər onlar Rusiya, yaxud İngiltərədən mütəxəssislər gətirsə belə, heç nə alınmayacaq. Orada bəzi ərazilər zəncirvari minalanıb"- deyə erməni polkovnik bildirib.

Erməni polkovnik “İngiltərədən mütəxəssislər gətirilisə belə” dedikdə  İngiltərənin məşhur HALO Trust (Təhlükəsiz Həyatı Dəstəkləmə Təşkilatı) qeyri-hökumət təşkilatını nəzərdə tutur. HALO Trust yarandığı 1988-ci ildən (Britaniya parlamentinin üzvü və keçmiş ordu polkovniki Kolin Kempbell Mitçell tərəfindən qurulub) mülki vətəndaşlar üçün təhlükə yarada biləcək minaların və partlamamış hərbi sursatların təmizlənməsini həyata keçirir. HALO Trust təhlükəli ərazilərin kəşfiyyatını aparır, minalı ərazilərin təmizlənməsini həyata keçirir, o cümlədən mina təhlükəsinə qarşı təlimlər də həyata keçirir.  HALO-Trust Qarabağda erməni işğalı zamanı  işləyib, bəlkə də Azərbaycan bu səbəbdən indiyədək onlarla məsafəli davranır. Amma ermənilər onları guya müharibə vaxtı Qarabağ ətrafındakı minalı zonaların xəritəsini Türkiyə kəşfiyyatına verməkdə ittiham edib.

Məğlub bir ölkənin ermənisinin bu iddiası nə deməkdir? Hansı üzlə diversantları geri verin, xəritələri verək şərti irəli sürülür? Biz bu işdə geniş təcrübəsi olan ingilis və qeyrilərini Qarabağda işləməyə dəvət etməliyikmi?

Hikmət Babaoğlu: “Bu, Azərbaycanın uğuru, nailiyyətidir” - Yeni Gəncə

Hikmət Babaoğlu

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Hikmət Babaoğlu qumaşyanların Azərbaycan məhkəmələrində cavab verəcəyini söylədi: “Uzun illər işğal altında qalan torpaqlarımızda ermənilərin müxtəlif tipli və təyinatlı çoxsaylı minalar basdırması şübhəsizidir. İkinci Qarabağ savaşından sonra 30-dək vətəndaşımızın minaya düşərək həyatını itirməsi və xeyli sayda vətəndaşlarımızın mina qəlpəsindən müxtəlif dərəcəli xəsarətlər alması bunun sübutudur. Azərbaycan hazırda öz ərazilərini minalardan təmizləməklə bağlı xüsusi proqram həyata keçirir və bunun üçün ən müasir avadanlıqları almaqda davam edir. Yeni istehkamçılar hazırlamaqla minaların təmizlənməsi üzrə ixtisaslaşmış xüsusi institusional qurumun kadr bazasını genişləndirir. Ancaq nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərimiz olduqca geniş, eyni zamanda mürəkkəb relyefə malikdir, o zaman minalardan təmizlənmənin hələ xeyli vaxt aparacağı və nə qədər çətin proses olması üzə çıxar. Ancaq heç kəsdə şübhə yoxdur ki, biz bunu öhdəsindən gələcəyik. Torpaqlarımızdan ermənilərin izini həmişəlik siləcəyik. Kimliyi o qədər də bəlli olmayan hansısa Qumaşyanın sərsəm fikirləri isə hər şeydən öncə Ermənistanın terrorçu dövlət olmasının bir erməni hərbçisi tərəfindən etiraf olunması deməkdir. Eyni zamanda onun minaların xəritəsini, hərbi əsirlər adlandırdığı terroristlərə dəyişmək istəməsi elə Qumaşyanın özünün də terrorçu olması deməkdir. Çünki bu şəxs Kəlbəcər və Laçına 17 yük maşını mina basdırdığını deməklə terrorist olduğunu özü etiraf edir. Ancaq bu faktın olub-olmamasından asılı olmayaraq belə bir fikrin səsləndirilməsinin özü psixoloji terrordur. Belə hərəkət və fikirlərinə görə isə bütün Qumaşyanlar Azərbaycan məhkəmələri qarşısında cavab verməli olacaqlar. Artıq bu proses başlayıb və xalqımıza qarşı cinayət törədən ermənilər bizim məhkəmələrdə mühakimə edilməkdədirlər. 17 yük maşını mina məsələsinə gəldikdə isə düşünürəm ki, Azərbaycanın müvafiq qurumları bunu dəqiqləşdirmək imkanlarına malikdir. Eyni zamanda fakt təsdiq olunarsa, Azərbaycan polisi cinayəti etiraf edən Qumaşyan haqqında İnterpol vasitəsilə qırmızı bülleten çıxarmağa nail olaraq onu beynəlxalq axtarışa verə bilər. Bütün hallarda psixoloji və informasiya müharibəsi davam edir və bundan sonra da davam edəcək. Əsas məsələ isə odur ki, biz torpaqlarımızı işğaldan azad edən qalib xalqıq”.

Qarabağda Vətən Müharibəsi, Qələbə və İdeologiya - Azər Hüseynovun yazısı

Politoloq Azər Hüseynov isə bunları dedi: “İlk öncə Azərbaycan hökuməti erməni rəsmi simalarının bu çıxışları əsasında beynəlxalq məhkəməyə müraciət etməlidir. Bu, Ermənistanın işğalını təsdiq edən etiraflarıdır. ”Artsax" özünümüdafiə söhbətinin boş olmasının göstəricisidir. Ermənistanın şərt qoymasına gəldikdə isə deyəsən, bu, növbəti antiterror əməliyyatının göstəricisidir. Rusiya və İngiltərənin belə adının çəkilməsi əslində Azərbaycanın iki əsas tərəfdaşına eyhamdır. Hər nə qədər ruslar ikili oynasa da, ermənilərin onlardan uzaqlaşdığını görürlər. Belə anlaşılır ki, ingilislərin bu və ya digər şəkildə daha geniş formalarda bölgəyə gəlməsi erməniləri narahat edir. Eyni zamanda Türkiyə kəşfiyyatının adının çəkilməsi də bizə pazlı qurmağa imkan verir. Bölgədə iki formatın mücadiləsi gedir. Ermənistan-Fransa-ABŞ-qismən Rusiyada bəzi dairələr bir tərəfdə, Azərbaycan-Türkiyə-İngiltərə-Rusiyadakı praqmatik dairələr bir tərəfdə. Əsirlərə, daha doğrusu terrorçulara gəldikdə isə Azərbaycan daha böyük uduşlar naminə onlarla istədiyini edə bilər. Bu məsələyə emosional yanaşmaq lazım deyil. Önəmli olan praktik mənfəətlərdir. İngilisləri dəvət edəkmi sualına gəlincə, bu da daha çox strateji arxası olan texniki məsələdir. Azərbaycan ingilislərin hansı işə bir şəkildə gəlməsindən narahat deyil. Dəvət etsək bu bir daha ingilislərin bizim yanımızda olacağı mesajıdır".